Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto

Hazırda oxunan: Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto
0:00 / 0:00
648779
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.
 

Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub.


Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.

Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş olunub.

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 1
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 2
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 3
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 4
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 5
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 6
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 7
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 8
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 9
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 10
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – Foto - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO