“Brent”in qiyməti 90 dollara endi

“Brent”in qiyməti 90 dollara endi

Hazırda oxunan: “Brent”in qiyməti 90 dollara endi
648773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Brent” markalı xam neftin bir bareli beynəlxalq əmtəə birjalarında 90 dollara satılır. “Light” neftinin qiyməti isə 80 dollar civarındadır.
 
Bizim.Media xəbər verir ki, həftənin son ticarət günündə neft qiymətləri husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada hücumlarından sonra Yaxın Şərqdə neft təchizatı ilə bağlı narahatlıqların yenidən güclənməsi fonunda dəyişib.

Buna OPEC+ ölkələrinin bu ay keçiriləcək iclasında koordinasiyalı hasilat məhdudiyyətlərini davam etdirəcəklərinə dair gözləntilər də təsir edib.
 
Regionda təchizatla bağlı narahatlıqları artıran digər hadisə Hörmüz boğazında baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri açıqlamasında boğazda iki neft tankerinin dəniz minalarına toxunaraq partladığını və yanmağa başladığını bildirib.
 

Beynəlxalq Enerji Agentliyi (IEA) cümə axşamı dərc etdiyi hesabatda regionda baş verən hadisələrin qlobal neft və təbii qaz ticarətində indiyədək ən böyük fasiləyə səbəb olduğunu qeyd edib. Agentliyin proqnozuna görə, hökumətlər bu hadisələrə cavab olaraq elektrikləşdirmə, enerji səmərəliliyi və yanacaq növlərinin dəyişdirilməsi siyasətini sürətləndirdikləri təqdirdə, qlobal neft tələbatı 2035-ci ilədək 4 faizdən çox azala bilər.


Geosiyasi risklərin neft təklifinə yaratdığı təzyiqə baxmayaraq, qlobal bazarlarda riskdən yayınma meyillərinin güclənməsi və tələbatla bağlı narahatlıqlar qiymətə təsiri məhdudlaşdırır. Asiya fond bazarlarında müşahidə olunan enişin neft qiymətlərinə təzyiq göstərə biləcəyi bildirilir.

Region birjalarının 2020-ci ildən bəri ən zəif həftəlik nəticəni qeydə almağa hazırlaşdığı qeyd olunur.
 
Analitiklər süni intellektə yatırımlarla bağlı bazar mövqelərinin bağlanmasının və qlobal maliyyə bazarlarında riskdən yayınma meyillərinin artmasının qısamüddətli tələbatla bağlı narahatlıqları gücləndirərək neft qiymətlərinə mənfi təsir göstərdiyini bildirirlər.
 
Bununla yanaşı, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına və ixrac infrastrukturuna hücumlarını intensivləşdirməsi də qlobal neft təchizatı baxımından diqqətlə izlənilən məsələlərdəndir. Bazar iştirakçıları hücumların artmasının Rusiyada xam neft hasilatının yenidən azalmasına səbəb ola biləcəyini düşünürlər.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO