Xameneinin müşaviri: "ABŞ artıq İrana qarşı müttəfiq toplaya bilmir"

Xameneinin müşaviri: "ABŞ artıq İrana qarşı müttəfiq toplaya bilmir"

Hazırda oxunan: Xameneinin müşaviri: "ABŞ artıq İrana qarşı müttəfiq toplaya bilmir"
0:00 / 0:00
648772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ABŞ artıq İrana qarşı müttəfiqlərini bir araya gətirmək iqtidarında deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə İranın ali rəhbərinin müşaviri və köməkçisi Məhəmməd Möhbər "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
 

Şençjen sammitini şərh edən Möhbər qeyd edib ki, Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli görüşü region üçün aydın bir siqnal olub və Vaşinqtonun artıq İrana qarşı müttəfiqləri birləşdirmək imkanına malik olmadığını nümayiş etdirib.


O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Çinə boş vədlərlə yollanıb, daha sonra isə Birləşmiş Ştatlara əliboş və özü üçün sərfəli olmayan bəyanatla qayıdıb.

Məhəmməd Möhbər əlavə edib ki, Fars körfəzinin və Hörmüz boğazının təhlükəsizliyi İran üçün qırmızı xətdir və İran İslam Respublikasının yeddi fundamental şərtinin yerinə yetirilməsi müqabilində təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO