AMEA-da Azərbaycan və İraq türkmanları arasında əlaqələrə həsr olunan beynəlxalq konfrans keçirilir – Foto

AMEA-da Azərbaycan və İraq türkmanları arasında əlaqələrə həsr olunan beynəlxalq konfrans keçirilir – Foto

Hazırda oxunan: AMEA-da Azərbaycan və İraq türkmanları arasında əlaqələrə həsr olunan beynəlxalq konfrans keçirilir – Foto
0:00 / 0:00
648726
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Bizim.Media xəbər verir ki, konfransın açılış mərasimində AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının sədri, fəlsəfə doktoru Elçin Əsgərov çıxış ediblər.

Konfransın məruzələr bölməsində Azərbaycan və İraq türkmanları arasında dil, ədəbiyyat, milli kimlik və ortaq tarixi-mədəni irs məsələləri müzakirə olunacaq. 

Bağdad Universitetinin professoru, səfir Mahmud Xəlil Cəfər “İraq türkmanlarının dil problemləri: İraq orta təhsil müəssisələrində türkman dilinin tədrisi vəziyyəti” mövzusunda məruzə ilə çıxış edəcək. 
 

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Milli kimliyin qorunmasında dil amilinin rolu və İraq türkmanlarının dil problemləri: reallıqlar və perspektivlər” mövzusuna toxunacaq. 


“Türkman mədəniyyəti” jurnalının baş redaktoru Sabah Kərküklü “Azərbaycan və İraq türkmanları arasında ədəbi əlaqələrin formalaşması və inkişaf dinamikası”, həmin institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü isə “Məhəmməd Füzuli: Azərbaycan və İraq türkmanlarının ortaq mənəvi dəyəri” mövzusunda məruzə edəcəklər. 

Bundan başqa, müstəqil araşdırmaçı, yazar Mehdi Saadun “Azərbaycan-İraq türkmanlarının mənşəyi və müştərək dövlətçilik ənənələri”, Körpü – Türkman İrsi Araşdırmalar Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev isə “Türkman etnoittifaqdan etnik kimliyə” mövzusunda çıxış edəcəklər. 

Konfrans müzakirələrlə davam edəcək. 

AMEA-da Azərbaycan və İraq türkmanları arasında əlaqələrə həsr olunan beynəlxalq konfrans keçirilir – Foto - foto 1
AMEA-da Azərbaycan və İraq türkmanları arasında əlaqələrə həsr olunan beynəlxalq konfrans keçirilir – Foto - foto 2
AMEA-da Azərbaycan və İraq türkmanları arasında əlaqələrə həsr olunan beynəlxalq konfrans keçirilir – Foto - foto 3
AMEA-da Azərbaycan və İraq türkmanları arasında əlaqələrə həsr olunan beynəlxalq konfrans keçirilir – Foto - foto 4
AMEA-da Azərbaycan və İraq türkmanları arasında əlaqələrə həsr olunan beynəlxalq konfrans keçirilir – Foto - foto 5

Fəridə, Tural Xəlil, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO