Şahdağa qar yağır - Faktiki hava

Şahdağa qar yağır - Faktiki hava

Hazırda oxunan: Şahdağa qar yağır - Faktiki hava
0:00 / 0:00
648714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bakı və Abşeron yarımadasında da səhər saatlarında qısamüddətli yağış yağıb. Şahdağda isə arabir qar yağır.
 

Düşən yağıntının miqdarı Şahbuzda 10, Şərurda 4, Daşkəsən, Tovuz və Ordubadda 3, Gədəbəy, Sədərək, Culfa, Sarıbaş (Qax), Ağstafa və Kişçayda (Şəki) 2, Göygöl, Gəncə, Şəmkir, Balakən, Naxçıvan, Şabran, Mingəçevir, Zaqatala, Yevlaxda 1 mm-dir.


Bəzi yerlərdə qərb, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Yardımlıda 25, Oğuz, Naftalan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 24, Goranboyda 23, Tərtərdə 22, Daşkəsən, Mingəçevir, Şəki, Şahdağ və Neftçalada 20, Qobustanda 19, Kəlbəcər, Altıağac, Lerik, Bərdə və Ağdamda 18, Gədəbəy və Şəmkirdə 16, Zəngilanda 15 m/s-dək güclənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO