Veb-sayt göstəricilərini süni şəkildə artıran media subyektlərinə yardım dayandırılacaq – Rəsmi

Veb-sayt göstəricilərini süni şəkildə artıran media subyektlərinə yardım dayandırılacaq – Rəsmi

Hazırda oxunan: Veb-sayt göstəricilərini süni şəkildə artıran media subyektlərinə yardım dayandırılacaq – Rəsmi
0:00 / 0:00
648716
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sosial şəbəkə hesablarının və veb-sayt göstəricilərinin süni artırıldığı aşkar edilərsə, onlayn media subyektinə həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq”.


Bizim.Media xəbər verir ki, bunu “apa.az”a müsahibəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.

Natiq Məmmədli bildirib ki, ümumi səhifə baxışlarının, veb-sayta daxilolmaların, sosial şəbəkə hesablarının izləyici sayının və qarşılıqlı əlaqə göstəricilərinin proqram təminatı və ya digər vasitələrlə həqiqi istifadəçi marağını və fəallığını əks etdirməyən şəkildə artırılması halında müvafiq göstəricilər qiymətləndirmədə nəzərə alınmayacaq.
 

Onun sözlərinə görə, maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edilərsə, həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq və xəbərdarlıq ediləcək:


“Bu hal ikinci dəfə təkrarlandıqda isə müqaviləyə xitam veriləcək və media subyekti növbəti yarım il üçün elan edilən müsabiqədə iştirak edə bilməyəcək”.

Natiq Məmmədli qeyd edib ki, bu prinsipial yanaşma media subyektləri arasında rəqabətin rəqəmsal etika prinsiplərindən kənara çıxmasının qarşısını alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO