Axtarışda olan 128 nəfər saxlanıldı

Axtarışda olan 128 nəfər saxlanıldı

Hazırda oxunan: Axtarışda olan 128 nəfər saxlanıldı
0:00 / 0:00
648721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 19-da ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, 90-nı borclu şəxs olmaqla, axtarışda olan 128 nəfər saxlanılıb.

Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 39 fakt müəyyən edilib. Ümumi çəkisi 83,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
 

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 10 tüfəng, 1 patron darağı və 25 ədəd patron aşkar edilərək götürülüb.


Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO