Vyetnamda Fransa zülmü... – Videoaraşdırma

Vyetnamda Fransa zülmü... – Videoaraşdırma

Hazırda oxunan: Vyetnamda Fransa zülmü... – Videoaraşdırma
0:00 / 0:00
648810
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın Vyetnamdakı müstəmləkəçilik siyasəti və törətdiyi cinayətlər barədə videoaraşdırma hazırlanıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, sözügedən araşdırmada əsas olaraq Hanoyun mərkəzində Vyetnamın müstəqillik tarixinin ən ağır səhifələrinə şahidlik etmiş Hoa Lo həbsxanasından bəhs edilir.
 

1896-cı ildə Fransanın müstəmləkə hakimiyyəti tərəfindən inşa edilən bu həbsxanada ilk olaraq siyasi məhbuslar, müstəqillik uğrunda mübarizə aparan vətənpərvərlər saxlanılıb. 450 nəfər tutumu olan bu həbsxanada müxtəlif dövrlərdə bu rəqəmdən dəfələrlə çox sayda məhbus saxlanılıb. Burada saxlanılan şəxslər isə dar kameralarda, ağır sanitar şəraitdə, qida çatışmazlığı və xəstəliklər içərisində yaşamağa məcbur edilirdilər. 


Qeyd olunub ki, orada saxlanılan şəxslərin üzləşdiyi yeganə çətinlik bu olmayıb. Belə ki, Hoa Lo həbsxanasındakı məhbuslar psixi və fiziki işgəncələrə də məruz qalıb. 

Bununla belə, araşdırmaya əsasən, Hoa Lo həbsxanasına gətirilən insanlar azadlıq ideyasından imtina etməyib, əksinə bu məkan milli azadlıq hərəkatının siyasi və ideoloji mərkəzlərindən birinə çevrilib. Burada saxlanılan şəxslər arasında daha sonradan Vyetnamın siyasi həyatında mühüm rol oynayan şəxslər də yer alıb. 

Bildirilib ki, Fransanın müstəqillik mübarizəsini boğmaq üçün yaratdığı bu həbsxana müəyyən mənada həmin mübarizənin davam etdiyi önəmli məkana çevrilib. 

Daha ətraflı videoaraşdırmada:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO