Mehdi Saadun: “İraq türkmanları da Xocalı faciəsinə bənzər soyqırımı yaşayıb”

Mehdi Saadun: “İraq türkmanları da Xocalı faciəsinə bənzər soyqırımı yaşayıb”

Hazırda oxunan: Mehdi Saadun: “İraq türkmanları da Xocalı faciəsinə bənzər soyqırımı yaşayıb”
0:00 / 0:00
648741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İraq türkmanları dörd il ərzində 1450 şəhid verib, qadın və qızları əsir götürülərək təcavüzə məruz qoyulub və yandırılıb.

Bizim.Media xəbər verir ki, bunu müstəqil araşdırmaçı, yazar Mehdi Saadun AMEA-da keçirilən “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, İraq türkmanları Qarabağda yaşanan faciələrə bənzər hadisələrlə üzləşiblər:

“Dörd il ərzində 1450 şəhid verdik. İtkin düşənlərimiz var. Qadın və qızlarımızı əsir götürüb, onlara təcavüz edərək yandırıblar. Azərbaycanın Xocalı soyqırımı zamanı yaşadığı faciələrə bənzər hadisələrlə biz də üzləşmişik”.
 

M.Saadun bildirib ki, İŞİD, PKK və digər terror təşkilatları uzun müddət İraq türkmanlarınin yaşadıqları əraziləri hədəf alıb. Onun sözlərinə görə, türkmanlər bu təhlükələr qarşısında beynəlxalq dəstəkdən də məhrum olublar.


“Günlər vardı ki, yata bilmirdik. Gənclər ailələrini, evlərini qorumaq üçün evlərin damında keşik çəkirdilər. Kamikadzelər evlərimizin qarşısında özlərini partladırdılar. Biz belə bir şəraitdə kimliyimizi, dilimizi qorumağa çalışırdıq”, – deyə o vurğulayıb.

Araşdırmaçı qeyd edib ki, İraq türkmanları davamlı olaraq demoqrafik dəyişikliklərə məruz qalıb, onların yaşadıqları ərazilərdəki məhəllə və küçələrin adları ərəb adları ilə əvəzlənib.

M.Saadun İraq türkmanları ilə azərbaycanlıların ortaq tarixi, dili və mədəniyyətindən də danışıb. O bildirib ki, İraq türkmanları ərəblər və kürdlərdən sonra ölkənin üçüncü ən böyük etnik topluluğudur və sayları təxminən 4 milyondur.

“Adət-ənənələrimiz, dilimiz, tariximiz eynidir. İraq türkmanları İraqdakı azərbaycanlı türklərdir. Coğrafi baxımdan uzaq ola bilərik, amma dilimiz eynidirsə, eyni millətik”, – deyə o bildirib.
 

Araşdırmaçı Azərbaycan və İraq türkmanları arasında əlaqələrin inkişafı üçün ortaq mədəniyyət mərkəzlərinin yaradılmasını, sənət və ədəbiyyat festivallarının təşkilini, eləcə də baş verən cinayətlərin sənədləşdirilərək beynəlxalq platformalarda gündəmə gətirilməsini təklif edib.


Onun sözlərinə görə, səhiyyə, təhsil, media, mədəniyyət və iqtisadi inkişaf sahələrində də birgə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO