80 manatlıq veteran təqaüdü ilə bağlı rəsmi məlumat

80 manatlıq veteran təqaüdü ilə bağlı rəsmi məlumat

Hazırda oxunan: 80 manatlıq veteran təqaüdü ilə bağlı rəsmi məlumat
0:00 / 0:00
648790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ilin ilk doqquz ayında Azərbaycanda müharibə veteranlarına təqaüd alanların sayı 183 750 nəfər təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Məlumata görə, müharibə veteranlarına bir nəfər üçün orta aylıq təqaüd məbləği 80 manatdır.

Onlardan 180 116 nəfəri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdir. Digər 3 634 nəfər isə xarici ölkələrdəki müharibə və hərbi münaqişələrdə iştirak etmiş şəxslər, eləcə də keçmiş SSRİ-nin müvafiq qurumlarında xidmət etmiş mütəxəssis və müşavirlərdir.
 

Hesabat dövründə şəhid ailəsi üçün təqaüd alanların sayı 17 327 nəfər, orta aylıq məbləğ isə 449,81 manat olub. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqaüd alanların sayı 17 338 nəfər, orta aylıq məbləğ 479,61 manat təşkil edib.


Komitənin məlumatına əsasən, 407 596 nəfər üzrə təqaüdlərin ümumi orta aylıq məbləği 163,43 manat təşkil edib.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO