Qızıl almaq istəyənlərin nəzərinə

Qızıl almaq istəyənlərin nəzərinə

Hazırda oxunan: Qızıl almaq istəyənlərin nəzərinə
0:00 / 0:00
648763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya bazarında qızılın qiyməti yeni həftəyə də kəskin ucuzlaşma ilə başlayıb. ABŞ-da inflyasiyanın yüksək səviyyədə qalması və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi qiymətli metallara təzyiqi artırır.

Ötən həftə iyun ayından bəri ən böyük həftəlik ucuzlaşmasını qeydə alan qızıl noyabrın 16-da daha 1%-dən çox dəyər itirərək bir unsiya üçün 3838 dollara düşüb.

Qızılın ucuzlaşmasına ABŞ-da davamlı inflyasiya, dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və texnologiya şirkətlərinin səhmlərində baş verən eniş təsir göstərir.

Xüsusilə texnologiya sektorundakı itkilər bəzi investorları digər aktivlərdə yaranan zərərləri qarşılamaq üçün qızıl mövqelərini satmağa məcbur edir. Bu isə qiymətli metal üzərində əlavə satış təzyiqi yaradır.

Bəs, bu ucuzlaşma nə qədər davam edə bilər?

Məsələyə aydınlıq gətirən iqtisadçı Əkrəm Həsənov Bizim.Media-ya bildirib ki, qızılın ucuzlaşmasının əsas səbəbi ABŞ-dakı yüksək infilyasiya fonunda FED-dən gözləntilərdir:
 

“Əksəriyyət hesab edir ki, ən yaxın zamanda FED faiz dərəcələrini artıracaq. Faiz dərəcələri artırılması da o deməkdir ki, Amerikanın qiymətli kağızlar bazarında gəlirlilik artacaq.  Nəticədə dolların mövqeyi möhkəmlənəcək. Buna görə də investorlar vəsaitlərini qızılda yox, dollarda saxlamağa üstünlük verir.


Ancaq bu uzun müddətli investisiya deyil. Çünki uzun müddətli perspektivdə qızıl daima bahalaşır, dollarsa dəyər itirir. Ona görə də qızılın ucuzlaşması uzun müddət davam etməyəcək. Müəyyən dövrdən sonra qızıl yenidən bahalaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO