Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi - Qaydalar

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi - Qaydalar

Hazırda oxunan: Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi - Qaydalar
0:00 / 0:00
648752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilməlidir.
 

Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində çap mediası və ya onlayn mediada dərc edilmiş, müəllifi olduğu və şərikli müəlliflik əsasında yaradılmamış bir yazını aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:


– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı publisistik məqalə (köşə yazısı);

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.
 

Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində audiovizual mediada yayımlanmış, hazırlanmasında jurnalist kimi iştirak etdiyi, xronometrajı 5 (beş) dəqiqədən çox olmayan bir süjeti aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:


– ən yaxşı ictimai-siyasi reportaj;

– ən yaxşı sosial-iqtisadi reportaj;

– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.

Materialların qiymətləndirilməsi Media və Yayım Şurası tərəfindən cəlb edilmiş müvafiq sahədə bilik və təcrübəyə malik, müsabiqənin nəticələrində birbaşa və ya dolayı marağı olmayan 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Yeni qaydalara əsasən müsabiqəyə təqdim olunan materialın məzmunu ilə yanaşı, jurnalistin müraciətini təqdim edənədək bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi, həmin materialla birbaşa əlaqəli və onu dərhal müəyyən etməyə imkan verən paylaşımlar (foto, video, audio, infoqrafika və s.) da qiymətləndirilir.
 

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.


Müsabiqəyə müraciət qəbulu 27 noyabr 2026-cı il 18:00 tarixinədək davam edəcək.

Müsabiqə qaydaları

Müraciət forması

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi - Qaydalar - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO