Elçin Əsgərov: “İraqda türkman dilinin assimilyasiyaya uğrama təhlükəsi var”

Elçin Əsgərov: “İraqda türkman dilinin assimilyasiyaya uğrama təhlükəsi var”

Hazırda oxunan: Elçin Əsgərov: “İraqda türkman dilinin assimilyasiyaya uğrama təhlükəsi var”
0:00 / 0:00
648728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan və İraq türkmanləri eyni kökdən gəlir, ortaq tarixə, dilə və mədəniyyətə malikdirlər”.

Bizim.Media xəbər verir ki, bunu Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının sədri, fəlsəfə doktoru Elçin Əsgərov AMEA-da keçirilən “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan və İraq türkmanlərinin tarixi və mədəni əlaqələrinin araşdırılması onların əslində eyni xalq olduğunu ortaya qoyur:

“Biz digər türkdilli xalqları qardaş xalq adlandırırıq, İraq türkmənləri ilə isə eyni xalqıq. Azərbaycan və İraq türkmənləri Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi ortaq dövlətlər yaratmışıq. Bayatılarımız, atalar sözlərimiz eynidir. Onların Gəncə, Qarabağ haqqında, bizim isə İraq haqqında bayatılarımız var. Biz eyni kökdən gəlirik, tarixin müəyyən dövrlərində bir-birimizdən uzaq düşmüşük”.
 

E.Əsgərovun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra tədqiqatçı və alimlərin araşdırmaları nəticəsində tərəflər bir-birini yenidən tanımağa başlayıblar. Bu yaxınlaşma müasir elmi tədqiqatlarda da öz əksini tapır.


Assosiasiya sədri dillə bağlı məsələyə də toxunaraq bildirib ki, Azərbaycan və İraq türkmanlərinin dili eyni kökə malikdir. İraq türkmənləri öz dillərini qoruyub saxlasalar da, yeni nəsil arasında bu sahədə problemlər yaranıb.

O vurğulayıb ki, gənc nəslin təhsilini ərəb dilində alması nəticəsində İraq türkman dilinin assimilyasiyaya uğrama təhlükəsi var:

“İraq türkmən dilinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi mühüm məsələdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO