Rusiyanın hücumuna Polşa Baş nazirindən reaksiya

Rusiyanın hücumuna Polşa Baş nazirindən reaksiya

Hazırda oxunan: Rusiyanın hücumuna Polşa Baş nazirindən reaksiya
0:00 / 0:00
648807
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanına Rusiya raketlərinin və pilotsuz uçuş aparatlarının (PUA) daxil olmasına münasibət bildirib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hökumət başçısı baş verənlərin artıq təsadüf kimi təqdim edilməyəcəyini bəyan edib:

"Bundan sonra heç kim bunu təsadüf kimi qələmə verməyəcək", – deyə Tusk vurğulayıb.

Eyni zamanda Polşanın Baş naziri "Rusiyanın təxribatına cavab verməyə tələsməyən" NATO müttəfiqlərini tənqid edib. Bildirilir ki, xüsusilə ABŞ həddindən artıq sərt reaksiyanın gərginliyin daha da artmasına (eskalasiyaya) gətirib çıxara biləcəyindən ehtiyat edir.
 

"Mən bunu anlayıram, lakin bu hadisələrdən söhbət gedəndə Amerika tərəfinin qiymətləndirməsi və şərhi ilə heç də həmişə razılaşmıram", – deyə Tusk qeyd edib.


Baş nazir Varşavanın baş verənlərlə bağlı ətraflı məlumatı ictimaiyyətə açıqlayacağına söz verib.

Qeyd edək ki, Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin üç yaşayış məntəqəsində Rusiyaya məxsus PUA və raket qalıqlarının aşkar edildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO