9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq

9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq

Hazırda oxunan: 9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq
648809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə həsr olunan tədbirdə bildirib.
 

Onun sözlərinə görə, gələcəkdə 9-cu sinif bazasından qəbulun yalnız peşə təhsili müəssisələrində aparılması planlaşdırılır. Kolleclərin isə 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi və onlarla birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.


Şöbə müdiri bildirib ki, kolleclərdə tədris olunan bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisi imkanları da nəzərdən keçirilib.

Kolleclərlə peşə təhsili müəssisələrində təkrarlanan ixtisasların aradan qaldırılması istiqamətində addımlar atılıb. Bu sahədə dəyişikliklərin 2027–2030-cu illərdə edilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO