“Biz eyni xalqıq, tarixin və taleyin hökmü ilə üç hissəyə bölünmüşük” – Gövhər Baxşəliyeva

“Biz eyni xalqıq, tarixin və taleyin hökmü ilə üç hissəyə bölünmüşük” – Gövhər Baxşəliyeva

Hazırda oxunan: “Biz eyni xalqıq, tarixin və taleyin hökmü ilə üç hissəyə bölünmüşük” – Gövhər Baxşəliyeva
0:00 / 0:00
648727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan və İraq türkmanları arasında tarixi əlaqələrin dərin kökləri var”.

Bizim.Media xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva AMEA-da keçirilən “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

Akademik qeyd edib ki, Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasında təqdim olunan tarixi faktlar bu ərazilərdə hələ IV əsrdən türk qəbilələrinin məskunlaşdığını göstərir.

Onun sözlərinə görə, Ərəb Xilafətinin göndərişi ilə Azərbaycana gələn şəxslər geri qayıdarkən burada türklərlə qarşılaşdıqlarını bildiriblər:

“Bu, tarixi faktdır. Tarix boyu həm şimaldan, həm də cənubdan bu ərazilərə türklər daxil olub. İllər əvvəl bütün Avropa ölkələrindən tarixi xəritələr toplamışam. Həmin xəritələrdə Dərbənddən Kərkükə qədər olan ərazi türklərin, türkmanların vətəni kimi göstərilib. Biz eyni xalqıq. Tarixin və taleyin hökmü ilə üç hissəyə bölünmüş bir xalqıq. Bir qismimiz Rusiya imperiyasının, daha böyük bir qismimiz İranın, digər qismimiz isə İraqın tərkibində qalıb”.

Gövhər Baxşəliyeva vurğulayıb ki, Sovet İttifaqının dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra qardaş xalqlar arasında münasibətləri daha da möhkəmləndirmək üçün yeni imkanlar yaranıb.
 

Akademik bildirib ki, bu imkanlardan istifadə edərək Azərbaycan və İraq türkmanları arasında qarşılıqlı dəstək, eləcə də müxtəlif istiqamətlərdə mədəni əlaqələr inkişaf etdirilməlidir.


O qeyd edib ki, AMEA və Şərqşünaslıq İnstitutu İraq türkmanlarına dəstək göstərməyə və bu istiqamətdə əməkdaşlığı genişləndirməyə hazırdır. 

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO