İmtahan qaydaları sərtləşdirilir? – Azərbaycanda xüsusi imtahan otaqlarının yaradılması gündəmdə

İmtahan qaydaları sərtləşdirilir? – Azərbaycanda xüsusi imtahan otaqlarının yaradılması gündəmdə

Hazırda oxunan: İmtahan qaydaları sərtləşdirilir? – Azərbaycanda xüsusi imtahan otaqlarının yaradılması gündəmdə
0:00 / 0:00
648632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müasir dövrdə çoxfunksiyalı texnologiya, xüsusilə də süni intellekt vasitələri bir çox sahələrdə olduğu kimi tələbələrin də işini asanlaşdırıb. Verilən tapşırıqları artıq özləri yox, gemini, chatgpt və b. proqramlarla saniyələr içində həll edən gənclər imtahanlarda da bu yola əl atmaq istəyirlər. Əlbəttə ki, bu yolun onların xeyrinə yox, ziyanına hesablanmış olduğundan xəbərdardırlar, amma tənbəllik, bir tərəfdən də gənclik çılğınlığı imtahanlara hazırşalmağa imkan vermir, bütün işlərini beləcə asanlıqla həll etmək istəyirlər.

“Şparqalka”ya son

Rusiya bu cür düşünən tələbələrin qarşısını almaq üçün maraqlı təldbirə əl atıb. İmtahanlar qonşu ölkədə internetin olmadığı, ümumiyyətlə set tutmadığı xüsusi otaqlarda keçiriləcək. Buna səbəb isə nə qədər qarşısını almağa çalışsalar da tələbələr imtahan otağına ağıllı saatlar, mini-kameralar, simsiz qulaqlıqlar keçirə bilməsidir. Bu da təhsildə ədalətlilik prinsiplərinin pozulmasıdır,  imtahanların obyektivliyinə və nəticələrin etibarlılığına mənfi təsir göstərir.

Qeyd olunan problemlərin həlli istiqamətində Azərbaycanda da ali təhsil müəssisələrinin nəzdində xüsusi təchiz edilmiş, heç bir texnoloji kəşfin işlək olmadığı imtahan otaqlarına ehtiyac varmı?

Təhsil üzrə ekspert Dilşad Hacıyeva Bizim.Media-ya bildirdi ki, əslində təklif olunan təşəbbüsün əsas məqsədi imtahan prosesində kənar texnoloji müdaxilələrin qarşısını almaq, tələbələr arasında bərabər qiymətləndirmə şəraiti yaratmaq, ali təhsil biliklərini şəffaf qiymətləndirməkdir. Təqdirolunası bir metod olsa da, Azərbaycanda buna ehtiyac yoxdur:

“Azərbaycan ali təhsil müəssisələrində beynəlxalq təcrübəyə əsaslanan xüsusi imtahan mərkəzlərinin yaradılması onsuz da tətbiq olunur. Daşınan cihazlara ciddi nəzarət olunur: mobil telefon, ağıllı saat qabaqcadan təhvil alınır. Bundan başqa imtahan prosesi fasiləsiz videomüşahidə edilir. Şübhəli hallarda isə dərhal müdaxilə olunur. Başqa sözlə, Azərbaycanda da bu sahədə təcrübə var”.

Qeyd edək ki, bu faktı tələbələr də təsdiqlədi.

Hətta əlavələr edildi ki, imtahanlar idarəetmə mərkəzindən izlənilir. İmtahan zamanı kompüterlərdə kənar proqramların, internet mənbələrinin və süni intellekt tətbiqlərin istifadəsiə imkan verilmir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO