
- A-
- A
- A+
Bizim.Media-nın müraciətindən sonra daha bir qurum problemi operativ həll etdi – Foto
Yağışdan sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasında yaranan mənzərə ciddi narahatlıq doğurub. Dəhlizin tavanı zədələnib, su döşəməyə dolub, tavanın bəzi hissələri qoparaq yerə tökülüb.
Tibb müəssisəsinə müraciət edən vətəndaşlar yaranmış vəziyyətdən narahatlıq keçiriblər.
Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, hadisə yağışla deyil, xəstəxananın dördmərtəbəli inzibati binasının birinci mərtəbəsində gecə saatlarında su xəttinin partlaması nəticəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media yazdı – Hövsan sahilində dəniz suyu 2 saata təmizləndi – Video
Qurumun məlumatına görə, problem operativ şəkildə həll edilib, bərpa işləri həmin gün ərzində yekunlaşdırılıb. Hazırda xəstəxana normal fəaliyyətini davam etdirir.
TƏBİB tərəfindən problemlə bağlı görülən işlərin nəticəsini əks etdirən görüntülər də redaksiyamıza təqdim olunub.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































