Saytların baxış sayı ildə iki dəfə yoxlanılacaq – Yeni qayda

Saytların baxış sayı ildə iki dəfə yoxlanılacaq – Yeni qayda

Hazırda oxunan: Saytların baxış sayı ildə iki dəfə yoxlanılacaq – Yeni qayda
0:00 / 0:00
648738
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq.

Bizim.Media xəbər verir ki, bu, yenilənmiş “Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edildikdə, Şura həmin ay üzrə maliyyə yardımının ödənilməsini dayandırır və onlayn media subyektinə yazılı xəbərdarlıq edir.

Monitorinqin nəticələri aktla rəsmiləşdirilir və aktda aşkar edilmiş hallar və onları təsdiq edən məlumatlar göstərilir.

Onlayn media subyekti bu Qaydalarda nəzərdə tutulan yazılı xəbərdarlıqda göstərilən pozuntuya səbəb olan halları növbəti ay ərzində aradan qaldırmadıqda və ya süni artırmaya növbəti ayda təkrar yol verildikdə Şura maliyyə yardımının göstərilməsinə dair müqaviləyə birtərəfli qaydada xitam verir.
 

Süni artırılmaya görə ayrı-ayrı monitorinq dövrlərində 2 (iki) dəfə yazılı xəbərdarlıq edilmiş onlayn media subyekti ikinci xəbərdarlıqdan sonra elan edilən ilk müsabiqədə iştirak üçün müraciət edə bilməz.


Müsabiqə iştirakçısına media sahəsində yol verilmiş inzibati xətaya görə qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tətbiq edildikdə və ya Qanunda nəzərdə tutulan pozuntularla bağlı ona xəbərdarlıq edildikdə, Şura inzibati tənbehin tətbiq edildiyi və ya xəbərdarlığın edildiyi ay üzrə maliyyə yardımının ödənilməsini dayandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO