Gələn il dövlət sifarişli yerlərin arta biləcəyi ixtisaslar açıqlandı

Gələn il dövlət sifarişli yerlərin arta biləcəyi ixtisaslar açıqlandı

Hazırda oxunan: Gələn il dövlət sifarişli yerlərin arta biləcəyi ixtisaslar açıqlandı
648787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakalavriat, magistratura və rezidentura üzrə 38 mindən çox dövlət sifarişli yerin müəyyənləşdirilməsi və ödənişsiz təhsilin payının 50%-ə yaxınlaşması respublikamızın təhsil və əmək bazarında mühüm dəyişikliklərlə müşayiət olunur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Modern.az-a danışıb.
 

Qeyd edib ki, dövlət sifarişli yerlərin bu qədər artırılması həm ailələrin büdcəsinə rahatlıq gətirəcək, həm də istedadlı gənclərin maddi imkansızlıq üzündən təhsildən kənarda qalması riskini azaldacaq.


"Xüsusilə də regionlarda yaşayan və az təminatlı ailələrdən olan abituriyentlər üçün bu, real sosial ədalət mexanizmidir. Digər tərəfdən, bu addım abituriyentlər arasında rəqabətin keyfiyyətinə də təsir edəcək. Dövlət hesabına oxumaq imkanı genişləndikcə yüksək bal toplamaq üçün motivasiya artacaq və hazırlıq prosesi daha ciddi xarakter alacaq. Bu isə orta təhsil səviyyəsinə verilən önəmi də istənilən halda gücləndirə bilər".

Ekspert qeyd edib ki, yerlərin sayının artması avtomatik olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi demək deyil. Əgər universitetlərə düşən tələbə sayı artırsa, auditoriya yükü, müəllim heyətinin hazırlığı, maddi-texniki baza və tədris proqramlarının müasirliyi də eyni templə təkmilləşməlidir. Əks halda, say artımı keyfiyyət hesabına baş verə bilər.

Ekspert ayrılacaq yerlərin hansı ixtisaslara aid olacağını da qeyd edib:

"Bu təsir ilk növbədə ölkənin iqtisadi və texnoloji inkişaf prioritetləri ilə bağlı ixtisaslarda özünü göstərəcək. Mühəndislik, informasiya texnologiyaları, texniki və təbiət elmləri, tibb, pedaqoji ixtisaslar, eləcə də enerji, kənd təsərrüfatı və logistika kimi sahələr dövlətin kadr ehtiyacı olan istiqamətlərdir.
 

Universitetlər baxımından isə regionlarda ali məktəblər, eləcə də texniki və pedaqoji profil aparan universitetlər bu artımdan daha çox yararlana bilər ki, bu da regional kadr potensialının güclənməsinə xidmət edəcək".


Ekspert vurğulayıb ki, əsas məsələ bu yerlərin ölkənin real əmək bazarından uzaqlaşmamasıdır. Dövlət hesabına oxuyan tələbə sayı artırsa, məzunların işlə təmin olunması da prioritetə çevrilməlidir. Çünki məqsəd sadəcə daha çox tələbə oxutmaq yox, bazarın ehtiyac duyduğu bacarıqlara malik, rəqabətqabiliyyətli kadrlar yetişdirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO