İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq

İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq

Hazırda oxunan: İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
0:00 / 0:00
648722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllıda yerləşən məşhur “Talıstan Forest” istirahət mərkəzi ətrafında iki milyon manatlıq qalmaqal yaşanıb.

Bizim.Media Xitab24.az-a istinadən xəbər verir ki, mübahisə sözügedən istirahət mərkəzinin tikintisində sərf olunan 1.907.000 manatlıq vəsaitlə bağlıdır.

Belə ki, 2005-ci ildə Süleymanovlar ailəsi Məhərrəmovlar ailəsinə müraciət edərək, şərikli olaraq İsmayıllı rayonunun Talıstan kəndində istirahət mərkəzinin tikintisini təklif ediblər.

Tərəflər arasında hər birinin 50% payı olmaqla razılığa gəlinib və razılaşmaya əsasən tikintinin layihəsi, maliyyələşdirilməsi, inşası, avadanlıq və mebellə təchizi Məhərrəmovlar ailəsinin vəsait hesabına həyata keçirilməli, qarşı tərəf isə yalnız torpaq sahəsini təqdim etməli idi.
 

İstirahət mərkəzi tam tikilib istifadəyə verildikdən sonra isə Məhərrəmovlar ailəsi nəinki “Talıstan Forest"in idarə edilməsində iştirakdan kənarlaşdırılıb, hətta Süleymanovların göstərişi ilə mühafizəçilər tərəfindən ərazisinə belə buraxılmayıblar.


Bu şikayətlə Məhərrəmovlar ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

Ailənin şikayətinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsində araşdırılması təmin edilib.

Qeyd edək ki, “Talıstan Forest”in sahibi İsmayıllının icra başçısının birinci müavini Mahmud Süleymanovdur. Mətbuatda yayılan məlumatlara görə, o, istirahət mərkəzini həyat yoldaşı İbrahimova Fazilə Fazil qızının adına rəsmiləşdirib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO