Prezident: "Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" – Video

Prezident: "Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" – Video

Hazırda oxunan: Prezident: "Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" – Video
0:00 / 0:00
648770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Gözəl ölkənizdə olmağa çox şadam. Mənim ölkənizə sonuncu səfərimdən 10 ildən artıq vaxt keçib və mən bir çox dəyişikliklərin şahidiyəm. Ölkənizin sosial və iqtisadi inkişafında bütün nailiyyətlər, həmçinin beynəlxalq arenada böyük uğurlarınız münasibətilə Sizi təbrik edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşdə bildirib.
 

“Qeyd etdiyiniz kimi, çox şadıq ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezidentin keçənilki səfəri bizim əlaqələrimizin inkişafı baxımından həlledici olmuşdur. O, məni nəzakətlə ölkəsinə dəvət etdi və mən də dəvəti böyük məmnuniyyət hissi ilə qəbul etdim və bir ildən sonra ölkənizdə səfərdəyəm.


Siz ikitərəfli gündəliyimizin çox önəmli məsələlərinə toxundunuz. Münasibətlərimizin tarixi boyunca ölkələrimiz arasında yüksəksəviyyəli həmrəylik və dostluq mövcud olub. Siz Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfərini qeyd etdiniz. Prezident Ho Şi Min əziz qonaq kimi qarşılanmışdı. Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib. 2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən eyni həmrəyliyi gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında.

Sosial-iqtisadi sahəyə gəlincə, müsbət dinamika müşahidə edirik. Lakin əlbəttə, əldə olunan nəticələrlə kifayətlənə bilmərik.

Buna baxmayaraq, Sizin qeyd etdiyiniz kimi, hazırda üzərində iş gedən çoxlu önəmli layihələrimiz var, o cümlədən enerji təhlükəsizliyi və daşınmaz əmlak sahələrində”, - deyə İlham Əliyev vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO