İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Hazırda oxunan: İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

629554

İsti hava bəzi dərmanların orqanizmə təsirlərini dəyişdirə bilər.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib ki, isti hava insan orqanizminə müxtəlif təsirlər göstərərək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
 

Qeyd olunur ki, isti havada sidikqovucu, təzyiq, bəzi psixatrik antidepressant dərmanları orqanizmə mənfi təsir göstərə bilənlər sırasındadır. Bəzi antibiotik və göbələk əleyhinə dərmanların da isti havalarda istifadəsinin risk yaratması mümkündür.


Mütəxəsis bildirir ki, yaşlılar, körpələr, uşaqlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər isti havanın mənfi təsirlərinə daha həssasdırlar. Bununla yanaşı, şəkərli diabet üçün olan dərmanlar kimi bəzi preparatların istidə saxlanılmaması da vacibdir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO