Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Hazırda oxunan: Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

610226

Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, yay mövsümünün başlamasına hələ xeyli vaxt qalsa da, bağ evləri artıq indidən bron edilir.

Vətəndaşlar evləri həm günlük, həm də aylıq olaraq kirayələyirlər. Qiymətlərin yüksək olmasına baxmayaraq, tələbat kifayət qədər çoxdur.
 

Rieltor Hacıbala Quliyevin sözlərinə görə, 1 000-1 500 manatlıq evlərə tələbat böyük olsa da, bazarda bu qiymət kateqoriyasında olan mənzillərin sayı azdır. Kirayəçi olmaq istəyənlər isə seçim edərkən əsasən evin təmirinə və otaqların sayına önəm verirlər.


Mütəxəssislər bildirirlər ki, yay fəsli yaxınlaşdıqca bağ evlərinin kirayə qiymətlərində artım müşahidə edilə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO