Zaxarova: “Fransanın Ermənistanın təhlükəsizliyini təmin edəcəyinə inanmaq sadəlövhlükdür” - VİDEO

Zaxarova: “Fransanın Ermənistanın təhlükəsizliyini təmin edəcəyinə inanmaq sadəlövhlükdür” - VİDEO

Hazırda oxunan: Zaxarova: “Fransanın Ermənistanın təhlükəsizliyini təmin edəcəyinə inanmaq sadəlövhlükdür” - VİDEO

182444

“Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür, əks halda Paris bu gücündən müqavilə yolu ilə öhdəlik götürdüyü və maddi qarşılıq aldığı ölkələrdə istifadə edərdi”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə bildirib.

Zaxarova xatırladıb ki, Fransa ən kritik anda müttəfiqlərini tərk edib:

“Məsələn Fransanın Afrikadakı missiyaları uğursuz olub. Yəni Fransanı müttəfiqləri ilə yalnız dostluq və sevgi bağlamır, həm də qorumaq müqabilində maddi qarşılıq alır. Lakin bununla belə Paris ən çətin zamanlarda belə müttəfiqləri dar gündə tək qoyan ölkədir”.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO