
- A-
- A
- A+
Maraqlı
16:01 / 18.02.2016
2 dəq oxunma
Dövlətə verdiyi sözü tutmaq üçün zibil yığır - FOTOLAR
Hazırda oxunan: Dövlətə verdiyi sözü tutmaq üçün zibil yığır - FOTOLAR
122136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Aydının İncirliova rayonunda yaşayan 72 yaşındakı təqaüdçü vətəndaş Habip Sevinc dövlətə verdiyi sözü yerinə yetirmək üçün 72 yaşından sonra yol kənarlarından tullantı yığıb maliyyəyə verdiyi sözü tutmağa çalışır. Övlad sevgisi səbəbiylə hər çətinliyə dözdüyünü ifadə edən yaşlı şəxs, "Dövlətə olan borcumuzu ödəməyincə rahat olmayacam" deyə bildirib.
Moderator.az türk mətbuatına istinadən xəbər verir ki, İncirliova mahalı ilə Aydın və Erbeyli arasında hər gün velosipedi ilə gəzib tənəkə qutu və xa0şüşə yığan 72 yaşındakı Habip Sevinc maliyyəyə söz verdiyi aylıq 270 lirə ödəyə bilmək üçün yenidən işə başlayıb.xa0
İllər əvvəl təqaüdçü olduğunu və bu günə qədər təqaüdçü maaşı ilə yaşadığını ifadə edən Habip baba yaşadığı çətinliyin övlad sevgisindən qaynaqlandığını ifadə edib.
"Oğlum Fethiyede xa0işləyir. Səlahiyyətsiz avtomobil istifadə edərkən tutulmuş 2 min 800 lirə cəza kəsilib. Maşın da əlindən alındı. Təxminən 1.5 il əvvəl kəsilən bu cəzanı oğlumun ödəyə bilməyəcəyini öyrənincə həbs olunmaması üçün maliyyəyə gedib danışdım. Nəticədə can parçası övlad olduğu üçün borcunu ödəmək üçün aylıq 270 lirə pul ödəmək lazımdır. Mövcud gəlirlə bu pulu ödəyəməyəcəyimiz üçün dövlətə verdiyimiz sözü tutub borcumuzu ödəyə bilmək üçün gəncliyimdə istifadə etdiyim velosipedlə yol kənarlarında tənəkə qutu və şüşə toplamağa başladım. Bir tərəfdən övladı qurtarmağa çalışıram, bir tərəfdən da zəruri olaraq idman etmiş oluram" deyir.
Hadisədən sonra avtomobillərinin də avtoparka aparıldğını ifadə edən Habip Sevinc adlı yaşlı şəxs "Avtomobili almaq üçün cəzanı ödəmək lazım idi. Pulumuz olmadığı üçün cəzanı ödəyə bilmədik. Daha sonra cəzanı kreditə keçirdik. İndi də avtomobilin dəyərinə yaxınlaşan 7 min lirəlik park pulunu ödəyə bilmədiyimiz üçün avtomobildən imtina etdik. Maşın xa0kimin olursa olsun, dövlətə verdiyim sözü tutmaq üçün çalışıram" deyə açıqlamasında bildirib.
Elşən Yəhyayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































