Ayan: “Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var”

Ayan: “Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var”

Hazırda oxunan: Ayan: “Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var”
647713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sevgi naminə həyatında olanlardan, arzularından imtina edən qadınları qınayıram. Həyatımdakı insana da, rəfiqələrimə də deyirəm ki, bu, iradəsi zəif, psixoloji problemləri olan insanlarda baş verir. Bəlkə də uşaqlıqda hansısa travma yaşayıblar. Səhv anlaşılmasın, heç övladım üçün belə sənətimdən keçmərəm. Sənətimə 20 ilimi vermişəm. Övladım olmayanda da ifaçı idim”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Kəşfet” proqramında deyib.

İfaçı sevgi naminə həyatından və arzularından imtina edən qadınları qınayıb. Ayan belə qadınların iradəsinin zəif olduğunu bildirib.
 

Müğənni qızının gələcəkdə onun yolunu davam etdirməsini istəmədiyini də söyləyib. O, övladının yaradıcılıqla məşğul olmasını arzulasa da, müğənniliyi seçməsinə tərəfdar olmadığını vurğulayıb:


“Qızıma deyirəm ki, müğənni olma, oxuma, yanımda yaşa. Sənin yolun fərqli olacaq. İstəyirəm yaradıcı insan olasan, rəssam, skripkaçı olasan, amma öz yolunu seç. Müğənni olmağını istəmirəm. Çox əziyyət çəkmişəm, istəmirəm qızım da bunları yaşasın. Qızım özəl məktəbdə oxuyub, o, gələcəkdə burada yaşamayacaq.

Övladını hansısa yerə çıxarıb, öz həyatından keçən valideyn deyiləm. Özüm də yaxşı yaşamalıyam. Həyatımı heç kimə qurban vermirəm, vermərəm. Övladım mənim qayğıma möhtacdır, amma heç kimə özümü qurban verən qadın deyiləm”. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO