
- A-
- A
- A+
Ajda Pekkandan gecikmiş etiraf: “Kaş ki, mən də bunu yaşayaydım”
İştirak etdiyi bir tədbirdə şəxsi həyatından bəhs edən və heç vaxt övladı olmayan 80 yaşlı müğənni Ajda Pekkan peşmanlığını bildirib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbə verir ki, o, “analıq möhtəşəm bir şeydir, kaş ki, mən də bunu yaşayaydım” deyib.
Övlad sahibi olmamaq qərarından bəhs edən Pekkan bunları qeyd edib:
"Analıq instinkti bənzərsiz və inanılmaz bir hissdir; insan təbii olaraq bu empatiya və sevgini başqalarına da yönəltmək istəyir. Uşaq övladlığa götürmək fikri məni qorxudurdu. İndi geriyə baxanda anlayıram ki, bir uşağı çox yaxşı böyüdə bilərdim. Lakin həyatımın gərgin tempinin və onun gətirdiyi çətinliklərin öhdəsindən gələ bilməyəcəyimi hiss edirdim. Öz həyat tərzimin uşağa necə təsir edə biləcəyindən narahat idim və səhv bir addım atmaqdan qorxurdum."
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































