Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var

Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var

Hazırda oxunan: Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
647637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına, 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə Ordubad Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsinin iştirakçısı və müharibə veteranı olub.

Qeyd edək ki, xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO