Yoxsulluqdan orqanlarını satırlar - Hətta 20-30 faiz endirimlə... - Fotolar

Yoxsulluqdan orqanlarını satırlar - Hətta 20-30 faiz endirimlə... - Fotolar

Hazırda oxunan: Yoxsulluqdan orqanlarını satırlar - Hətta 20-30 faiz endirimlə... - Fotolar
647640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda artan borclar və yüksələn yaşayış xərcləri ilə mübarizə aparan fəhlələr borclarını qaytarmaq və evlərini qoruyub saxlamaq üçün böyrəklərini, qaraciyər toxumalarını və sümük iliklərini satışa çıxarırlar.

Bizim.Media ILNA-ya istinadən xəbər verir ki, Tehranın mərkəzindəki bəzi küçələrin divarları, metal qapıları və binaları orqan satışı ilə bağlı elanlarla bürünüb.

Bələdiyyəyə məxsus tibb müəssisəsinə və böyrək xəstələrinə dəstək verən xeyriyyə təşkilatına yaxınlığı səbəbindən “Böyrək küçəsi” kimi tanınan Fərhəng Hüseyni küçəsi alıcı axtaran insanların toplaşdığı məkana çevrilib.

“Sadra” xəstəxanasının əməkdaşının bildirdiyinə görə, böyrəklərini satışa çıxaranların əksəriyyəti ciddi maliyyə çətinlikləri ilə üzləşən fəhlələrdir. Burada qiymətlər adətən 30-40 milyard rial (11500-15300 ABŞ dolları) arasında dəyişir. Eyni zamanda, 0 (I) müsbət qan qrupuna malik şəxslərin böyrəkləri 8 milyard riala (3100 dollar) təklif oluna bilər, daha nadir qan qrupları üçün isə qiymətlər 50 milyard riala (19200 dollar) qədər çıxa bilər.

Tehranda yaşayan 30 yaşlı kuryer 15 milyard rial təklifindən imtina edərək ən azı 35 milyard rial tələb etdiyini bildirib. Başqa bir şəxs isə ödənilməmiş çeki bağlamaq üçün orqanını adi qiymətdən 20-30 faiz aşağı satmağa hazır olduğunu qeyd edib. Bəzi işçilər isə borclarını ödəmək üçün sümük iliyi, böyrək və qaraciyər toxuması kimi eyni vaxtda bir neçə orqanını satışa çıxarırlar.

Parlamentin sosial məsələlər komitəsinin sədri Əli Babayi Karnami bildirib ki, hökumətin güzəştli valyuta subsidiyalarını düzgün idarə edə bilməməsi nəticəsində təxminən səkkiz milyon insan yoxsulluq və qida çatışmazlığı ilə üzləşib, daha 50 milyona yaxın insan isə ərzaq almaqda çətinlik çəkir.

ILNA-nın məlumatına görə, minimum əməkhaqqı alan işçilər ayda 200-300 milyon rial (77-115 dollar) qazanır, müstəqil fəallar isə bir ailənin əsas xərcləri üçün təxminən bir milyard riala (383 dollar) ehtiyacı olduğunu hesablayırlar.

Müvəqqəti və ya mövsümi müqavilələrlə çalışan işçilər daha çox çətinliklərlə qarşılaşırlar.

Maliyyə çətinlikləri tibbi xidmətlərə çıxışa da mənfi təsir göstərib. “Homa” təqaüdçülər assosiasiyasının sədri Cəlal Haşimi bildirib ki, iki təqaüdçü müalicə xərclərini qarşılaya bilmədikləri üçün müalicədən imtina edərək vəfat ediblər. (qafqazinfo.az)

Yoxsulluqdan orqanlarını satırlar - Hətta 20-30 faiz endirimlə... - Fotolar - foto 1
Yoxsulluqdan orqanlarını satırlar - Hətta 20-30 faiz endirimlə... - Fotolar - foto 2

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO