Parisdə film kimi soyğun: 3 dəqiqəyə 1 milyon avroluq brilyant oğurladılar – Video

Parisdə film kimi soyğun: 3 dəqiqəyə 1 milyon avroluq brilyant oğurladılar – Video

Hazırda oxunan: Parisdə film kimi soyğun: 3 dəqiqəyə 1 milyon avroluq brilyant oğurladılar – Video
647654
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın paytaxtı Parisdə günorta saatlarında film səhnələrini xatırladan silahlı soyğun baş verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisə noyabrın 12-də saat 11:00 radələrində şəhərin ən dəbdəbəli bölgələrindən biri olan Vandom meydanı (Place Vendôme) yaxınlığındakı "Rue de la Paix" küçəsində qeydə alınıb.

Üzləri maskalı və qara geyimli soyğunçular iki motosikletlə mağazanın qarşısına gəliblər. Qrup üzvlərindən biri avtomat silahla çöldə keşik çəkib, digərləri motosikletlərdən biri ilə mağazaya daxil olub.
 

Təxminən 2-3 dəqiqə davam edən basqın zamanı cinayətkarlar vitrinlərdəki brilyant və zinət əşyalarını toplayaraq motosikletlərlə hadisə yerindən uzaqlaşıblar. Polis mənbələrinin məlumatına görə, oğurlanan zərgərlik məmulatlarının dəyəri 1 milyon avrodan çox qiymətləndirilir.


Soyğun zamanı silahlı şəxslərin atəş açmadığı və hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib. Şahidlər baş verənləri "film səhnəsi kimi" təsvir ediblər.

Paris Prokurorluğu faktla bağlı mütəşəkkil cinayətkarlıq çərçivəsində silahlı soyğunçuluq maddəsi ilə istintaq başladıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO