
- A-
- A
- A+
Qəzaya düşən deputatın SON durumu
Naxçıvan-Ordubad magistral yolunda, Ordubad rayonunun Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Xəstəxanadan “azertag.az”a məlumat verilib.
Bildirilib ki, 1990-cı il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zeynalov Təbriz Eyvaz oğlunun müalicəsi isə neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Aşağı Əylis kəndi yaxınlığında “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı həyatını itirib. Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsinin iştirakçısı və müharibə veteranı olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































