Daha plastik şüşələr zibilə atılmayacaq – pul qazandıracaq – Foto

Daha plastik şüşələr zibilə atılmayacaq – pul qazandıracaq – Foto

Hazırda oxunan: Daha plastik şüşələr zibilə atılmayacaq – pul qazandıracaq – Foto
647657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstanda hazırlanan avtomat qurğu plastik şüşələri qəbul edib istifadəçilərə qarşılığında pul verir.

Bizim.Media Rusiya mətuatına istinadən xəbər verir ki, "Jashyl Fandomat" adlanan qurğu Qırğızıstanın daxilində istehsal olunur. 

Yerli mütəxəssislər metal konstruksiyaları hazırlayır, avadanlığı quraşdırır və proqram təminatını özləri işləyib hazırlayırlar. Yalnız bir neçə mürəkkəb sensor xaricdən gətirilir.
 

Cihazın iş prinsipi olduqca sadədir. İstifadəçi plastik şüşəni xüsusi qəbul yuvasına yerləşdirir. Kamera əşyanın müəyyən tələblərə cavab verib-vermədiyini yoxlayır; məsələn, şüşənin təmiz olmasını və içərisində maye qalmamasını təmin edir.


Əgər əşya yoxlamadan keçərsə, avtomat onu qəbul edib sıxır və saxlama konteynerinə yerləşdirir. Təkrar emala yararlı tullantıların müqabilində istifadəçi pul mükafatı alır və bu vəsait onun rəqəmsal pul kisəsinə köçürülür.

Bu qurğu vətəndaşları tullantılarını çeşidləməyə həvəsləndirməklə yanaşı, təkrar emal müəssisələrinin xərclərini azaltmağa da kömək edəcək. Çünki adətən plastik şüşələr çox vaxt ümumi məişət tullantıları ilə birlikdə atılır. Nəticədə onlar çirklənir və sonradan təmizlənməsi xeyli enerji və insan əməyi tələb edir. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO