Futbol əfsanəsi 11 ildən sonra yaşıl meydanlara qayıdır

Futbol əfsanəsi 11 ildən sonra yaşıl meydanlara qayıdır

Hazırda oxunan: Futbol əfsanəsi 11 ildən sonra yaşıl meydanlara qayıdır
647645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın "Ravenna" klubunun baş məşqçisi Andrea Mandorlini braziliyalı ulduz futbolçu Ronaldinyonun komandanın növbəti oyununa ilk dəqiqələrdən başlayacağını açıqlayıb.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Mandorlini braziliyalı hücumçunun start heyətində yer alacağına şübhə etmədiyini bildirib:
 

"O, ilk dəqiqələrdən oynayacaq, buna heç bir şübhə yoxdur. Daha sonra nə qədər oynayacağına birlikdə qərar verəcəyik. O, müasir dövrün ən görkəmli oyunçularından biridir və biz nəticə qazanmalıyıq. Biz həmişə üç hücumçu ilə oynayırıq, o da onlardan biri olacaq".


İtaliya C Seriyasında çıxış edən "Ravenna" növbəti matçını noyabrın 15-də doğma meydanda "Forli" klubuna qarşı keçirəcək.

Xatırladaq ki, 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olan və 2005-ci ildə "Qızıl top" mükafatını qazanan Ronaldinyo karyerası ərzində "Qremio", PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense" kimi klubların şərəfini qoruyub.

Peşəkar karyerasını 2018-ci ilin yanvarında başa vurduğunu elan edən ulduz futbolçu sonuncu rəsmi oyununu hələ 2015-ci ildə keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO