
- A-
- A
- A+
Putin “Lerçek”i əfv etdi - Video
Rusiya Prezidenti Vladimir Putin "Lerçek" təxəllüsü ilə tanınan məşhur bloqer Valeriya Çekalinanın əfv edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, sənədə əsasən, o, daha əvvəl Moskva məhkəməsi tərəfindən təyin edilmiş cəzanın qalan hissəsini çəkməkdən tamamilə azad edilib.
Qeyd edək ki, Çekalina səhhətinin ağırlaşması fonunda bir neçə gün əvvəl dövlət başçısına əfv ərizəsi ilə müraciət etmişdi. Belə ki, 2026-cı ilin fevralında ona dördüncü mərhələ mədə xərçəngi diaqnozu qoyulub.
Bununla əlaqədar hələ mart ayında məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirini dəyişdirərək ev dustaqlığını ləğv etmişdi. Payızda xəstəliyin irəliləməyə başlaması ilə vəkillər bloqerin ixtisaslaşdırılmış müalicə alması üçün Çinə getməsinə icazə verilməsinə çalışırdılar.
Xatırladaq ki, iyul ayında məhkəmə 250 milyon rubldan çox vəsaitin qanunsuz olaraq xaricə çıxarılması işi üzrə onu beş il şərti cəzaya məhkum etmişdi.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































