Rusiyada lətifə kimi hadisə - Ayını adam bilib siqaret istədi

Rusiyada lətifə kimi hadisə - Ayını adam bilib siqaret istədi

Hazırda oxunan: Rusiyada lətifə kimi hadisə - Ayını adam bilib siqaret istədi
647692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın şərqində qəribə, eyni zamanda məzəli bir hadisə baş verib. Əslində sonu faciəvi də bitə bilərdi, amma xoşbəxtlikdən nə dördayaqlı nə də ikiayaqlı canlı zərər görüb. 

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, Zabaykalye diyarının bir sakini, ayı ilə insanı səhv salıb.

Hadisə belə olub: kişi dostları ilə meşəyə sidr qozaları yığmağa gedib. Axşama doğru xeyli yorulub, bir tərəfdən də ac, hava da dumanlı imiş. Ürəyinə siqaret çəkmək düşüb. Boylanıb dostlarını görməyib.
 

Bir az irəliləyəndə görüb ki, qarşıda ay işığında dumanın içində iri cüssəli bir kişi yavaş-yavaş gedir, çiynində də bel çantası. Arxadan səsləyib, eşidilməyincə özünü tez ona yetirib. Əlini kürəyinə yüngülcə toxundurub “qardaş, siqaretin olmaz?”, - deyə soruşub.


Amma hiss edib ki, kürək o kürək deyil. Bu an “qardaş”  çönüb baxanda kişinin qorxudan dizinin bağı çözülüb. 

Handan-hana özünə gələndə var gücü ilə qışqırıb. İş orasındadır ki, ayı da “təkər”ə düşərək nə edəcəyini, nəyə uğradığını bilməyib və nərildəyib. Bu hadisəni sonradan jurnalistlərə danışan kişinin Vladimir adlı oğlu deyib ki, atası dərhal geriyə çadıra doğru qaçıb, tüfəngini götürüb qayıdanda ayını yerində görməyib. Heyvan da qorxusundan qaçıbmış. Bel çantası deyə zənn etdiyi isə ayının donqar kürəyi imiş.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO