Paşinyan: “20 il ərzində Avropa İttifaqına üzv ola bilərik”

Paşinyan: “20 il ərzində Avropa İttifaqına üzv ola bilərik”

Hazırda oxunan: Paşinyan: “20 il ərzində Avropa İttifaqına üzv ola bilərik”
647709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb.

"Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm", - Paşinyan 20 ildən sonra Ermənistanı necə təsəvvür etdiyi barədə suala cavabında bildirib.

O həmçinin qeyd edib ki, İrəvan bir tərəfdaşla yaxınlaşmaq naminə digərindən uzaqlaşmağa can atmır.

"Ermənistan əvvəllər olduğu və indi də olduğu yerdədir. Ermənistan burada, öz yerində olacaq. Biz hər hansı bir tərəfdaşdan uzaqlaşmaq və digərləri ilə yaxınlaşmaq istəmirik. Biz sadəcə olaraq öz balanslaşdırılmış xarici siyasətimizi yürüdürük", - Baş nazir vurğulayıb.

Paşinyan daha əvvəl bildirib ki, Ermənistan Aİ-yə üzv olmaq üçün 2027 və ya 2028-ci ildə rəsmi müraciət edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO