
- A-
- A
- A+
Maşının şüşələri niyə “tərləyir”? - Qarşısını almağın ən sadə üsulları
Bir çox sürücü, avtomobil şüşələrinin tərləməsi (dumanlanması) problemi ilə qarşılaşır. Buna səbəb rütubətin kondensasiyasıdır: şüşə nə qədər soyuq, avtomobilin salonundakı rütubət isə nə qədər yüksək olarsa, şüşələr bir o qədər çox buğlanar.
Buğlanmış şüşələri necə tez təmizləmək olar?
Bizim.Media xəbər verir ki, ən sadə üsul isti hava axınını ön şüşəyə yönəltməkdir.
Hava axınını ön yan şüşələrə də yönəldə bilərsiniz, lakin bəzi avtomobil modellərində bu, o qədər də effektiv olmaya bilər.
Əgər avtomobiliniz kondisionerlə təchiz olunubsa, siz həm də mütləq rütubəti azalda bilərsiniz. Rütubət soyuq buxarlandırıcı lövhələrdə toplanaraq avtomobilin altına axır, salona daxil olan hava isə qurudulur; nəticədə şüşələr tez bir zamanda təmizlənir.
Digər bir seçim isə şüşəyə qarşı xüsusi vasitələrdən ("antifog") istifadə etməkdir. Bu vasitələr şüşə üzərində nazik bir təbəqə yaradır ki, nəticədə rütubət ayrı-ayrı damcılar şəklində deyil (hansı ki, görməni məhdudlaşdırır), vahid və görünməz bir təbəqə kimi kondensasiya olunur.
"Ev üsulu" tətbiq oluna bilən üsullardan biri də şüşəyə nazik təraş köpüyü çəkməkdir; bu da eyni prinsiplə işləyir.
Niyə məhz hetcbek və krossoverlərdə daha çox tərləmə olur?
Hetçbek, krossover və universal tipli avtomobillərdə baqaja tökülən su və ya şüşəyuyan maye belə rütubət səviyyəsinin artmasına səbəb olur, bu hallarda baqaj hissəsi tamamilə qurudulmalıdır.
Digər bir ehtimal olunan mənbə isə isitmə radiatorunun (kalorifer radiatorunun) sızmasıdır: antifrizin tərkibinin təxminən 50%-i sudan ibarət olduğu üçün, bu da avtomobil salonunda rütubətin artmasına gətirib çıxarır.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































