Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatdı

Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatdı

Hazırda oxunan: Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatdı
647698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il oktyabrın 1-nə Azərbaycanın xalis maliyyə aktivləri 109 milyard 880,7 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilib.

Sənədə görə, bu məbləğ ölkənin 133 milyard 777 milyon manatlıq maliyyə aktivləri ilə 23 milyard 896,3 milyon manatlıq maliyyə öhdəlikləri arasındakı fərq hesabına formalaşıb.
 

Maliyyə aktivlərinin 125 milyard 864,8 milyon manatı Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) məxsusdur, qalan 7 milyard 894,4 milyon manatı vahid xəzinə hesabının qalığı, 17,8 milyon manatı isə dövlət müəssisələrinin büdcə qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğdir.


Son 1 ildə ARDNF-in aktivlərinin artması ölkənin xalis maliyyə aktivlərinin artmasını şərtləndirən əsas amil olub. Fondun aktivləri isə 2025-ci ilin sonuncu rübündə qızılın bahalaşması, 2026-cı ilin mart ayından başlayaraq bir barel xam neftin qiymətində ciddi artım, qurumun izlədiyi əsas səhm indeksi üzrə yüksək gəlirlilik və dövlət büdcəsinə transfertlərin azalması hesabına olub. Bu komponentin hesablanması bəzi hallarda kassa metoduna əsaslanmır.

"Büdcə zərfi"ndə "Büdcə sistemi haqqında" qanuna xalis maliyyə aktivlərinin tərkib elementlərindən "vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri" ifadəsinin çıxarılması ilə bağlı dəyişiklik nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO