Hava kəskin dəyişir – Güclü külək, yağış...

Hava kəskin dəyişir – Güclü külək, yağış...

Hazırda oxunan: Hava kəskin dəyişir – Güclü külək, yağış...
647639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun isə ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Noyabrın 15-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.

Bundan əlavə, noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Xızı, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Salyan, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO