ABŞ-da bütün uçuşlar dayandırıldı – Nə baş verir? – Video

ABŞ-da bütün uçuşlar dayandırıldı – Nə baş verir? – Video

Hazırda oxunan: ABŞ-da bütün uçuşlar dayandırıldı – Nə baş verir? – Video
647638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılması barədə tətbiq etdiyi qərarı dörd saatdan çox müddətdən sonra ləğv edib.

Bizim.Media xəbər verir ki, FAA təhlükəsizlik səbəbləri və fövqəladə hallar ilə əlaqədar ölkə ərazisində bütün hava limanlarından təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırmışdı.

Qurumun yaydığı ilkin xəbərdarlıqda bütün uçuşların növbəti bildirişədək dayandırılması, xaricdən ABŞ-a gələn beynəlxalq reyslərlə bağlı qərarların isə fərdi qaydada qəbul edilməsi nəzərdə tutulurdu.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib ki, hava hərəkətinin idarə edilməsi mərkəzlərində radiolokasiya rabitəsinin işindəki qeyri-sabitlik nasazlığa və uçuşların dayandırılmasına səbəb olub. Daffi əlavə edib ki, Federal Mülki Aviasiya İdarəsinin (FAA) uçuşları dayandırmaq barədə sərəncamı verildiyi an havada 3 500-dən çox təyyarə olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO