
- A-
- A
- A+
Zelenski: “NATO-ya üzv olmaq üçün Donbasdan imtina etməyəcəyik” – Video
ABŞ nümayəndələri ilk dəfə olaraq NATO-ya üzvlük əvəzində Ukraynanın Donbasdan imtina etməyə hazır olub-olmadığını soruşublar.
Bizim.Media "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, Amerika tərəfi belə bir sual verib: "Bəs Ukrayna NATO-da olarsa, Donbasdan imtina edəcəkmi?" Zelenski isə daha əvvəl də dəfələrlə bəyan etdiyi kimi, Ukraynanın geri çəkilmək və öz torpaqlarını "terrorçu" adlandırdığı qüvvələrə vermək niyyətində olmadığını vurğulayıb.
Ukrayna lideri bildirib ki, tərəfdaşlarla danışıqlar zamanı təklif oluna biləcək vahid təhlükəsizlik paketi müzakirə edilir. Buraya silahlanma, müəyyən müddət üçün maliyyə yardımı və "Prosperity Plan", yəni "Bərpa Planı" daxildir. Zelenskinin sözlərinə görə, bu plan dəqiq müəyyən edilmiş maliyyə mənbələri ilə təmin olunmalıdır.
Dövlət başçısı Ukraynanın neytrallığı öz Konstitusiyasında təsbit etməyə razı olmayacağını da bəyan edib və bunu uzunmüddətli təhlükəsizliyin zəmanəti hesab etmədiyini bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































