Maaş, pensiya və müavinətlərlə bağlı ŞAD xəbər

Maaş, pensiya və müavinətlərlə bağlı ŞAD xəbər

Hazırda oxunan: Maaş, pensiya və müavinətlərlə bağlı ŞAD xəbər
647569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq neçə gündür ki, 2027-ci ilin Dövlət Büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisin komitə iclaslarında müzakirə edilir. Növbəti həftə isə qanun layihəsinin parlamentin plenar iclasına çıxarılacağı gözlənilir.

Nəzərə alaq ki, 2027-ci il Dövlət Büdcəsinin gəlirləri 39 milyard 254  milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) məbləğində proqnozlaşdırılır.

Bəs növbəti ilin Dövlət Büdcəsi sosial, yoxsa investisiya yönümlüdür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov deyib ki, 2027-ci ilin Dövlət Büdcəsində xərc baxımından ən böyük struktur sosialyönümlü xərclərdir:

“Belə ki, ümumi xərclərin 44 faizi sosial yönümlüdür. Yəni növbəti ildə dövlət sosial xərclərə 18,7 milyard manat vəsait ayırır. Bu da o deməkdir ki, yeni ildə sosial xərclər daha çox üstünlük təşkil edəcək. Bunun da əsas səbəbi Cənab Prezidentin göstərişlərinə uyğun olaraq gələn il üçün sosial paketin icrası ilə bağlıdır. Çünki növbəti ildə həm maaşlar, həm pensiyalar, həm də sosial müavinətlər artırılacaq. Bu da nəticə etibarı ilə sosial istiqamətlərə daha çox vəsaitin ayrılmasına gətirib çıxarır. Yəni sosial paketin maliyyələşməsinə əlavə olaraq 1,6 milyard manat vəsaitin ayrılır.

Təbii ki, növbəti ilin büdcəsində investisiya da xüsusi paya malikdir.

Nəzərə alaq ki, büdcənin sosialyönümlü olması investisiya istiqamətinə vəsaitlərin ayrılmaması anlamına gəlmir. Gələn il investisiya qoyuluşlarında da artımlar olacaq. Xüsusilə də, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına yenə də böyük həcmdə vəsait ayrılacaq. Amma bütün hallarda büdcə vəsaitinin əsas hissəsi növbəti ildə sosial xərclər üçün nəzərdə tutulub”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO