“Tələskənlik bizə mane olurdu” - Ayxan Abbasov

“Tələskənlik bizə mane olurdu” - Ayxan Abbasov

Hazırda oxunan: “Tələskənlik bizə mane olurdu” - Ayxan Abbasov
647656
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsindəki son oyununda səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.

Bizim.Media xəbər verir ki, milli komandamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfrasında əvvəlcə görüşlə bağlı fikilərini bölüşüb: 

“Lixtenşteyn bizimlə ilk oyunda xal almışdı. Bu dəfə rəqibin daha inamlı çıxışını gözləyirdik. Eyni sistem, eyni sıx müdafiə, erkən qol vurmaq istəyirdik. Əslində tez qol da vurduq. İlk dəqiqələrdə epizod yaratdıq. Qapı dirəyindən qayıdan toplar var idi. İstər-istəməz futbolçularda bir az tələskənlik, udmaq hirsi çox idi, bu da bizə mane olurdu.
 

Tam rahat hücumlarımızı sonlandıra bilmirdik. Əsas bu turnirdə qarşımıza qoyduğumuz məqsəd var idi. Birinci olmaq istəyirdik. Bu, bizim üçün vacib idi. Çünki nə qədər D Liqası gələn mövsüm olmasa da, biz istəyirdik ki, C Liqasına qalib kimi yüksələk.


Uşaqlara təşəkkür edirəm. Çempionatın stresli, gərgin vaxtında milli komandaya kökləndilər və qalib gəldik. Qarşıda Andorra ilə yoxlama matçı var. Həmin oyunda çalışacağıq hər kəsə şans verək. Çünki yeni gələn oyunçularımız da var. Onlar milli komandanı hiss eləməlidirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO