
- A-
- A
- A+
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
ABŞ Prezidentinin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya səfərindən iki gün əvvəl Rusiya tərəfi Birləşmiş Ştatlara öz tələblərini irəli sürüb.
Bizim.Media "The New York Times" (NYT) nəşrinə istinadən xəbər verir ki, bu tələblərə təkcə Ukraynanın deyil, keçmişdə Sovet İttifaqının və ya onun şərq blokunun tərkibinə daxil olmuş Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir sıra digər ölkələrinin də Qərblə hərbi əməkdaşlıqdan imtina etməsi daxildir.
Nəşr sənədin mətnini danışıqların iştirakçılarından birindən əldə etdiyini, digər mənbənin isə onun həqiqiliyini təsdiqlədiyini yazır.
Diplomatik praktikada (o cümlədən Rusiya diplomatiyasında) belə sənədlər ingilis dilində "non-paper" adlanır: onlarda dövlətin mövqeyi ifadə olunur, lakin tərəfin üzərinə hüquqi öhdəlik qoyulmur.
2021-ci il ultimatumunun oxşarı
NYT qeyd edir ki, ümumilikdə 10 noyabr tarixli sənəd Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən az əvvəl — 2021-ci ilin dekabrında dərc etdiyi müqavilə layihəsindən çox az fərqlənir. Həmin sənəddə NATO-nun bütün hərbi infrastrukturunun 1997-ci ilə qədərki mövqelərinə (yəni keçmiş Varşava Müqaviləsi Təşkilatının sərhədlərindən kənara) çıxarılması nəzərdə tutulurdu. Rusiya diplomatları sənədin bütün müddəalarının müzakirəsiz qəbul edilməsini tələb edirdilər.
Nəşr yazır ki, yeni sənədin 2021-ci ilin dekabr variantından fərqi cəmi bir neçə detalla bağlıdır: əgər 2021-ci ildə Rusiya ABŞ-dan öz nüvə imkanlarını avropalı müttəfiqləri ilə bölüşməməyi tələb edirdisə, indi analoji tələb NATO-nun digər iki nüvə dövlətinə — Böyük Britaniya və Fransaya qarşı da irəli sürülüb.
Sənəddə ayrıca qeyd olunur ki, Qərb ölkələri Ukraynaya heç bir hərbi təyinatlı məhsul göndərməməlidir. Ukraynanın Avropa İttifaqına üzvlüyünə isə yalnız bir şərtlə icazə verilir: Kiyev ittifaqın müdafiə komponentində iştirak etməməlidir.
Bu cür maksimalist mövqe Rusiya Prezidenti Vladimir Putinin "Avropanın təhlükəsizlik arxitekturası" üzrə danışıqlarda maksimal tələbidir və O, gələcək mərhələdə müəyyən güzəştlərə gedə bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































