İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı

İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı

Hazırda oxunan: İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
647649
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) kriptobiznesmen Roman Novak və həyat yoldaşı Annanın qətlində təqsirləndirilən şəxslərdən biri məhkəmə qarşısına çıxarılacaq.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı Sankt-Peterburq sakini mütəşəkkil dəstə tərəfindən, sifarişlə və quldurluqla əlaqədar iki şəxsi öldürməkdə, xüsusilə külli miqdarda ziyan vurmaqla quldurluqda, eləcə də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə edib saxlamaqda ittiham olunur.

İstintaq Komitəsinin açıqlamasına görə, təqsirləndirilən şəxs günahını etiraf edib və istintaqla fəal əməkdaşlıq edib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Cinayətin digər icraçısı barəsində istintaq yekunlaşmaq üzrədir. İş üzrə üçüncü fiqurant isə ehtimal ki, xəstəlikdən vəfat etdiyi üçün onun barəsində cinayət təqibinə xitam verilib.

Cinayətin təfərrüatları

Qeyd edək ki, Sankt-Peterburqdan olan Roman Novak sürətli kripto-köçürmələr üçün nəzərdə tutulan "Fintopio" tətbiqinin sahibi olub və 2023-cü ildə BƏƏ-də biznes qurub. O, 2020-ci ilin noyabrında Rusiyada dələduzluq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi və ölkəsində 7 milyon rubl məbləğində borcu qalmışdı.
 

Cütlüyün meyitləri 2025-ci ilin noyabrında BƏƏ-də aşkarlanıb. İstintaq müəyyən edib ki, mütəşəkkil cinayətkar qrupun üzvü olan şəxs ötən ilin yayında ən azı 10 milyon rubl mükafat qarşılığında cütlüyə qarşı quldurluq basqını və qətl törədə biləcək tanışını bu işə cəlb edib.


Oktyabr ayında Novakların villasında cütlüklə görüşən təqsirləndirilənlər onlara hücum edərək döyüb və əl-qollarını bağlayıblar. Daha sonra icraçılar messencerlərə və kripto-pulqabılardakı rəqəmsal aktivlərə çıxış əldə etmək üçün onlardan mobil telefonlarını tələb ediblər.

Bütün lazımi məlumatlar təşkilatçılara ötürüldükdən sonra təqsirləndirilən şəxslər kuratorların göstərişi ilə ər-arvadı qətlə yetirib, meyitlərini parçalayıb, səhrada basdıraraq BƏƏ-ni tərk ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO