Ronaldonun şərəfinə bunu edəcəklər

Ronaldonun şərəfinə bunu edəcəklər

Hazırda oxunan: Ronaldonun şərəfinə bunu edəcəklər
647632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Portuqaliya millisi UEFA Millətlər Liqasında Danimarka ilə oyuna sabiq kapitanları Kriştiano Ronaldunun 7 nömrəli forması ilə çıxacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində noyabrın 14-də keçiriləcək qarşılaşmada Portuqaliya millisinin futbolçuları Ronaldunun şərəfinə 7 nömrəli forma geyinəcəklər.

Bu qərar Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa, baş məşqçi Jorje Jezuş, kapitan Bernardo Silva, eləcə də vitse-kapitanlar Ruben Diaş və Bruno Fernandeşin iştirakı ilə keçirilən görüşdə qəbul olunub. Aksiyanın məqsədi Ronaldunun milli komandadakı tarixi xidmətlərini vurğulamaqdır.

Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib.

O, 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə Millətlər Liqasının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO