Repçi Urandan MƏŞHURLARA: “Özgəsinin faciəsini paylaşıb xal qazanmayın, abrınız olsun” - VİDEO  

Repçi Urandan MƏŞHURLARA: “Özgəsinin faciəsini paylaşıb xal qazanmayın, abrınız olsun” - VİDEO  

Hazırda oxunan: Repçi Urandan MƏŞHURLARA: “Özgəsinin faciəsini paylaşıb xal qazanmayın, abrınız olsun” - VİDEO  

156878

İllər əvvəl yayımlanan “Məndə varam” rep yarışması ilə tanınan və “Uran” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi İbrahim İbrahimov paylaşımı ilə gündəmə gəlib.   

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında Uran şou-əhlinə videomüraciət ünvanlayıb.

Repçi məşhurların şəhidlərin yas mərasimlərində lentə aldıqları görüntüləri sosial şəbəkə səhifələrində yayımlamaqlarına etiraz edib:   

“Üzümü tuturam tanınmışlara və məşhurlara hansıların ki, sosial şəbəkələrdə çox sayda fanları və izləyiciləri var. Sizdə rica və xahiş edirəm, əgər hansısa bir şəhidimizin yas və dəfn mərasiminə gedirsinizsə, şəkil və video çəkib paylaşmayın. Həyanız, abrınız olsun. Özgəsinin faciəsi, bu xalqın keçirtdiyi imtahanın üzərindən özünüzə bəyənmə, izləyici sayı yığmayın.  

Ayıbdır! Tərbiyəniz olsun! Utanın! Ən azından içinizdə olan o vicdanı işə salın, o bəyənmə və izləmələrə göz yumun. Gözünüzü açın!
Əgər bunu bacarmırsınızsa, bağlayın səhifənizi və rədd olun sosial şəbəkədən. Bu hərəkətinizlə yeni nəslə bu pis nümunəni verməyin. Özgəsinin itkisi, faciəsi üzərində özünüzə xal qazanmayın. Utanın! Ar olsun sizə! Allahdan şəhidlərimizə rəhmət, yerdə qalanlara isə layiqli həyat sürməyi qismət etməsini diləyirəm”.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO