Azəbaycandan Avropaya ixrac olunan qazın HƏCMİ

Azəbaycandan Avropaya ixrac olunan qazın HƏCMİ

Hazırda oxunan: Azəbaycandan Avropaya ixrac olunan qazın HƏCMİ

78631

Bu ilin yanvar-may aylarında Azərbaycandan Avropaya 4,5 mlrd. kubmetr qaz ixrac edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə Türkiyəyə 3,6 milyard kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac edilib. 

“Bu dövrdə BTC boru kəməri sisteminə 45 mln. kubmetr qaz verilib. Bu müddətdə Türkiyəyə TANAP-la 2,4 mlrd. kubmetrə yaxın qaz nəql olunub”, - məlumatda deyilir. 

Qeyd edək ki, hesabat dövründə xaricə qaz satışı 9,4 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO