Bu il Azərbaycanda qaz hasilatı 41 milyard kubmetri ötüb

Bu il Azərbaycanda qaz hasilatı 41 milyard kubmetri ötüb

Hazırda oxunan: Bu il Azərbaycanda qaz hasilatı 41 milyard kubmetri ötüb
221185
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin yanvar-oktyabr ayları ərzində ölkədə 41,5 milyard kubmetr təbii qaz hasil edilib.

Bizim.Media Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qazın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”, 1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard kubmetr artımla qaz hasil edilib.
 

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 noyabr 2024-cü il tarixinədək 646,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 459,2 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 598,7 milyon ton neft, 227,3 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,9 milyon tona yaxın kondensat, 231,9 milyard kubmetr qaz çıxarılıb.


Bu yataqlardan 1 noyabr 2024-cü il tarixinədək 644,7 milyon ton neft və 165,8 milyard kubmetr qaz ixraca nəql edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO